Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Nərimanov rayonunun 16-cı polis şöbəsindən ona zəng olub.
Özünü Azər Əhmədov adlı polis zabiti kimi təqdim edən şəxs Hacı Ramin Bayramovun 15:00-da Nərimanov rayonunun 18-cı polis şöbəsinə gəlməsini söyləyib.
O bildirib ki, Bakı Baş Polis İdarəsi bu haqda sorğu göndərib.
Hacı Ramin Bayramov hansı səbəbə çağırıldığını soruşduqda Azər Əhmədov "BBPİ bu haqda bilir" deyib.
Qeyd edək ki, Hacı Ramin Bayramovun şahid qismində dindiriləcəyi ona bildirilib.
İslamazeri.az internet qəzetinin baş redaktoru vəkil ilə şöbəyə gedəcəyini deyib.
15:45. Hacı Ramin Bayramovun bildirdiyinə göra, hazırda Nərimanov rayonunun 18-cı polis şöbəsindən Bakı şəhər Baş Polis İdarəsinə göndərilib.
Əli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır