Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Norveçdən gələn bu kadrlar bütün dünyanı dəhşətə saldı. Partlayan bir bomba, sonra gənclik qurultayında silahlı hücum. Və sönən 91 həyat.
Beynəlxalq media sürətlə yaydığı bu hadisəni an bə an izləyənlərinə çatdırdı. Ancaq günahkar yenə ənənəvi şübhəlidə görülürdü. Dünya mediası terror hücumunu qətiyyətlə Müsəlmanların üzərinə yıxmaq niyətində idi. Norveçin Liviyadakı fəaliyyətləri, karikatura qalmaqalı, Əfqanıstanda əsgəri olması kimi səbəblər hücuma səbəb kimi göstərildi.
Bununla da kifayətlənməyib işi rəsmi açıqlamalara qədər şişirdənlər oldu. Amerikanın "Nyu-York Tayms" və "Vashinqton Post" qəzetləri, daha da irəli gedərək hücumu "Ənsar Əl İslam" adında bir kürd qruplaşmanın etdiyini yaydı.
Ancaq bir müddət sonra Norveç polisi terrorçunun "sarışın bir norveçli" olduğunu açıqladı. Bununla belə bəzi şərhçilər dayanmadı. BBC-yə açıqlama verən İngilis əsilli jurnalist Jonathan Paris, İslami terror qurplaşmalarının sarışın qərbli kamikadzeləri olduğunu iddia etdi.
Ancaq bu Norveç polisi cinayətkarın kimliyini açıqlayana qədər çəkdi. O andan sonra bir çox qəzet dərhal səhifələrini dəyişdi, bəziləri isə tamamilə silindi. Ancaq bu mərhələdən sonra hücumun bir "terrorçu" yox, “norveçli bir çılğın" tərəfindən işləndiyi yazılmağa başladı. Yəni hücumu edən Müsəlman olsa "terrorçu", qərbli olsa "sadəcə bir çılğın" olmalıdır.
Bir çox müsəlman ölkə mediası da bilərək ya da bilməyərək eyni axıma qapıldı, eyni məqsədə xidmət etdi. Hətta bir çoxları Noerveçin "11 Sentyabrı" manşetini yazmaqdan çəkinmədi.
/news/Xezerxeber
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır