Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Sumqayıt şəhərinin 16-cı mikrorayonundakı 198 saylı binada qeydə alınıb. Həmin ünvanda yaşayan 1940-cı il təvəllüdlü Əmir Təhməzov yaşadığı binanın bağçasında hər iki qolunu doğrayıb. Vena damarları kəsilən qoca çoxlu qan itkisindən dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır