Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Astara rayonunda qətl hadisəsi baş verib. Bu barədə Rayon Polis Şöbəsindən bildirilib. Hadisə ötən gün qeydə alınıb. Astara sakini Orxan Əliyev sərxoş vəziyyətdə həmyerlisi Fərhad Mayılovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan F.Mayılov orda dünyasını dəyişib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən O.Əliyev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır