Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Bu barədə Rayon Prokurorluğundan bildirilib. Hadisə bu gün səhər saat 7 radələrində, Qalakənd kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Ramin Mikayıl oğlu Rzayev odlu silahdan özünə atəş açaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır