19 iyul 2011 - 19:30

Yeni qanunla pivə də alkoqollu içki hesab olunur və onun köşklərdə satışı qadağan edilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya prezidenti Dmitri Medvedyev alkoqolun istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi haqda federal qanun imzalayıb.

Yeni qanunla pivə də alkoqollu içki hesab olunur və onun köşklərdə satışı qadağan edilir.

Bundan başqa, yeni qanun yeniyetmələrin alkoqollu içki, o cümlədən pivə içməsini yasaqlayır. Qanun şəhər parklarında spirtli içki içilməsini də tam qadağan edir. Alkoqolun pərakəndə satışı ilə yalnız təşkilatlar məşğul ola bilərlər. Fərdi sahibkarlar isə 2013-cü il yanvarın 1-dək tərkibində yalnız 5 faiz alkoqol olan pivənin pərakəndə satışını həyata keçirə bilərlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır