19 iyul 2011 - 19:30

Leyla Yunus: «Biz prezidentin korrupsiyaya qarşı mübarizəsi uğrunda vuruşuruq. Polis də buna qarşı çıxır. Üzərində «Qanuna hə, korrupsiyaya yox!» yazdığımız şarları partladıblar. Polis qanunu pozur, çünki bizim haqqımız var ki, evimizin qarşısına üzərində «Qanuna hə, korrupsiyaya yox!» yazdığımız şarları qoyaq».

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 19-da Sülh və Demokratiya İnstitutu şar bayramı təşkil edib.

İnstitutun rəhbəri Leyla Yunus deyir ki, məqsəd prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə kampaniyasına dəstək verməkdir. Hələ tədbirdən öncə institutun əməkdaşları ofislərinin qarşısında ağaca şarlar bərkidiblər, divarlara plakatlar yapışdırıblar. Polis əraziyə gələrək şarları partladıb, plakatları cırıb.

 Leyla Yunus: «Biz prezidentin korrupsiyaya qarşı mübarizəsi uğrunda vuruşuruq. Polis də buna qarşı çıxır. Üzərində «Qanuna hə, korrupsiyaya yox!» yazdığımız şarları partladıblar. Polis qanunu pozur, çünki bizim haqqımız var ki, evimizin qarşısına üzərində «Qanuna hə, korrupsiyaya yox!» yazdığımız şarları qoyaq».

Tədbirin keçirildiyi yerə gələn Nəsimi rayon Polis İdarəsinin şöbə rəisi Muxtar Muxtarov isə çox anlaşılmaz sürətdə deyir ki, Sülh və Demokratiya İnstitutu insanları bura toplamaqla ictimai asayişi pozur:

 «Leyla Yunus şarları oraya asmaqla camaatın diqqətini çəkir. İctimai asayiş pozulur burda. Öz qanuni hüquqlarını qanun yolu ilə qorusunlar. Hansısa qurumdan şikayətçidirlərsə, məhkəməyə, icra hakimiyyətinə müraciət etsinlər».

Polis ərazidən gedəndən sonra Sülh və Demokratiya İnstitutunun əməkdaşları bayramlarını keçirməyə müvəffəq olublar, əllərində şarlar, «Qanuna hə, korrupsiyaya yox!» şüarları tutublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır