Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin baş naziri Əssam Şərif 12 yeni nazirin təyinatını açıqlayıb.
"Əl Ərəbiyyə" bildirir ki, hökumətin sabiq üzvlərinin kütləvi istefası və onların yeniləri ilə əvəzlənməsi vətəndaşların kütləvi narazılığı ilə bağlıdır. İyulun əvvəlindən bəri Qahirənin mərkəzindəki Təhrir meydanında failəsiz kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər prezident Hüsnü naMübarəkin devrilməsindən sonra vəd edilmiş islahatlara daha fəal riayət olunmasını tələb edirlər.
İstefaya göndərilmiş şəxslər arasında ən tanınmış fiqur qədim əşyalar və tarix üzrə nazir Zahi Həvvasdır. O, dünyanın aparıcı arxeoloqlarından biri sayılır.
naMübarəkin devrilməsindən sonra 1 il həbs cəzasına məhkum edilmiş Həvvas sonradan hökmün dəyişdirilməsinə nail olmuşdu.
Yeni nazirlərin tam əksəriyyəti Misir siyasətində təzə adamlardır.
Misir hökumətinin yeni üzvlərinin yekun siyahısı bu gün açıqlanacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır