Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Iordaniyada siyasi vəziyyət yenidən öz məcrasından çıxıb. Paytaxt Ammanın küçələrinə axışan xalq kütlələri ilə Mason rejimin tərəfdarları arasında toqquşmalar olub. Cümə namazından sonra etiraz aksiyasına başlayan və hakimiyyətdən təcili islahatlar tələb edən insanlara qarşı polis çox sərt şəkildə cavab verib.
Xəbər portalları ciddi toqquşmaların olduğunu bildirir. Məlumata görə, mitinqi dağıtmağa çalışan polis insanları yumruqla, təpiklə, hətta taxta parçaları ilə döyüb. “Polis iki qrup arasında qalıb - bir tərəf islahat tələb edir, başqa tərəf isə hökuməti dəstəkləyir”, - deyə asayişi bərpa etmək məqsədilə rejimin mətbuat xidmətinin rəhbəri Abdullah Abu Ramman “Petra” dövlət informasiya agentliyinə danışıb.
Hadisə cümə günü “Cümə namazı”ndan sonra paytaxt Ammanın mərkəzində iki qrup üz-üzə gələrkən baş verib. Məhz bundan sonra hökumət məsələyə müdaxilə etməyə məcbur olub. Polis kapitanı Mahmud Əl-Hətib CNN-ə bildirib ki, polis “müvafiq gücdən” istifadə edərək sadəcə öz işini görüb. Ancaq CNN jurnalistlərinin hadisədən hazırladıqları videoreportajda polisin insanlara qarşı həddən artıq qəddarlıq nümayiş etdirdiyi açıq-aşkar görünüb.
Bütün ərəb ölkələrində olduğu kimi, Iordaniyada da nümayişlər başlayanda əvvəlcə dinc xarakter daşıyıb və onlardan sadəcə bir qrupu Mason II Abdullanın istefasını tələb edib. Ancaq cümə günü polisin aksiya keçirən xalq kütlələrinə qarşı aşırı gücdən istifadə etməsi Iordaniyada da ictimai-siyasi vəziyyətin gərgin olduğunu göstərir. Hökumətin informasiya agentliyi baş verən qarşıdurmada itkilərin olduğu barədə məlumat verməsə də, 17 polisin toqquşma zamanı yaralandığını bildirib. “Petra” agentliyi sadəcə bir neçə jurnalistin yüngül xəsarət aldığını yazıb. Abu Ramman jurnalistlərə qarşı istənilən hücumu rədd edərək baş verənləri təsadüf sayıb və jurnalistləri hökumətin “partnyoru” adlandırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır