Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Komi respublikası alovla mübarizə üçün Moskvadan desantçı yanğınsöndürənlər cəlb edib
Rusiyanın şimal-qərbində meşə yanğınları tüğyan edir. Anspress-in məlumatına görə, xüsusilə mürəkkəb vəziyyət Arxanqelsk vilayətində və Komi respublikasında yaranıb. Komi respublikasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri eyni vaxtda 20 iri yanğınla mübarizə aparır. Kömək üçün Moskvadan yanğınsöndürən desantçılar və aviasiya cəlb edilib. Hazırda Komidə yanğının söndürülməsinə 700-dən çox yanğınsöndürən, 22 ədəd texnika və 7 təyyarə cəlb olunub.
Komi respublikasının Udorsk rayonunda 2000 hektar ərazini əhatə edən yanğını isə 2 həftədir söndürmək mümkün olmur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır