15 iyul 2011 - 19:30

Ölənlərin qohumları tərəfindən hər iki avtomaşın yandırılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, ötən axşam saat 23 radələrində Xəzər rayonu Xaşaxuna bağlar yaşayış sahəsində Zirə qəsəbə sakini Elxan Əzimovun idarə etdiyi “VAZ-2106” markalı və “A.Trans Lizinq” şirkətinə məxsus, sürücüsü hadisə yerindən qaçmış “FAV” markalı avtomaşınlar toqquşub. Nəticədə Elxan Əzimov və sərnişinləri -  Zirə qəsəbə sakinləri Yeganə Əzimova, Mübariz Qarayev və Təranə Qarayeva hadisə yerində ölüb, xəsarət almış sərnişin Fərman Qarayev isə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölənlərin qohumları tərəfindən hər iki avtomaşın yandırılıb.

Hadisəni Xəzər Rayon Polis İdarəsi araşdırır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır