Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Londonun Təbiət Tarixi muzeyində qəribə hadisə baş verib.
paranormal news- bildirir ki, baramadan çıxan kəpənək muzey işçilərini yüngül şoka salıb.
İş burasındadır ki, o, eyni zamanda həm erkək, həm də dişi fərd sayılır. Bədəni isə bir-birindən fərqli iki hissədən ibarətdir.
Kəpənəyin qanadları açılmış vəziyyətdə 10 sm təşkil edir. Onun "kişi" qanadları qara, "qadın" qanadları isə bir az açıqdır və üzərində qırmızı xalı var. Buynuzlarının uzunluqları da fərqlənir. Qarnındakı cinsiyyət orqanları isə bitişikdir.
Bu fenomen kəpənəyin cinsiyyətinin müəyyənləşməsində iştirak edən xromosomların düzgün paylanmaması nəticəsində yaranıb. Ginandromorflar, yəni bədəninin müxtəlif hissələri ayrı-ayrı cinslərə aid olan fərdlərə kəpənəklər arasında cəmi 0,01% hallarda rast gəlinir.
Ginandromorfizm nadir olsa da, xərçəng, omar, hörümçək və hətta cücələrdə də rast gəlinir.
Qeyd edək ki, kəpənəyin "sonsuz" olduğu bildirilib. O, cəmi 1 ay yaşayacaq, sonra isə muzeyin kolleksiyasında yerləşdiriləcək.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır