10 iyul 2011 - 19:30

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən gün və bu səhər Azərbaycan və İşğalçı Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 10-da saat 16.10-dan 16.30-dək Ermənistan İşğalçı Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və iyulun 11-də saat 06.05-dən 06.15-dək Noyenberyan rayonunun Berdavan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən Müsəlman Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır