Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Əl Ərəbiyyə" bildirir ki, İordaniya kralı II Abdulla cümə günü paytaxt Əmmanda keçirilmiş kütləvi etiraz aksiyalarından sonra hökumətdə ciddi dəyişikliklər edib. 27 nazirdən 11-i istefaya göndərilib.
Əvvəllər siysi inkişaf naziri olmuş Mazen əs Saket DİN başçısı olub. Abdalla əbu Rümman informasiya və rabitə üzrə dövlət naziri, İbrahim əl Ümuş ədliyyə, Əbdel Lətif Üreykət isə səhiyyə naziri postuna təyinat alıb.
İordaniyada "Dəmir əl" ləqəbi ilə tanınan baş nazir Maaruf əl Bəhit müxalifətin sərt tənqidlərinə məruz qalsa da, yerində qalıb.
Ölkə müxalifəti isə parlament monarxiyasını bərpa etmək üçün Konstitusiyaya dəyişikliklər tələb edir.
Qeyd edək ki, İordaniya kralı II Abdulla yəhudi mənşəli metis ərəblərdəndir. Onun anası Britaniyalıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır