Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fransalı vətəndaşlardan biri dövlət başçısının yaxasından ypışaraq özünə sarı çəkmişdir. Xəbəri əl-Ərəbiyyə telekanalı yayımlamışdır.
Xəbərdə deyilir: “Fransa prezidenti Nikola Sarkozinin ölkənin cənubi qərb hissəsində yerləşən Braks şəhərinə səfər etdiyi zaman yerli kütlə ilə görüş keçirtəndə qəfildən naməlum vətəndaş tərəfindən hücuma məruz qalmışdır”.
əl-Ərəbiyyə telekanalının yayımladığı fraqmentdə Sarkozinin kütlə ilə görüş keçirtdiyi zaman bir neçə anlıq cavan görüşçü tərəfindən tutularaq saxlandığı nümayiş olunur.
Hadisəni görən mühafizakarlar dərhal həmin adamı zərərsizləşdirib. Şəxsiyyəti açıqlanmayan “gənc” polis nəzarətinə verilib.
İlkin məlumatlarda gənc özünün heç bir siyasi partiya və qurumlara üzv olmadığını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır