Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyada qiyamçılar Müəmmar Qəzzafi hökumətinə məxsus böyük yeraltı bunkeri ələ keçirib.
«RBK»nın verdiyi məlumata görə, silahla dolu bunker Zintan şəhəri yaxınlığında yerləşir. Qiyamçılar bildirir ki, İşğalçı NATO aviasiyasının ərazini bombalamasından sonra orada Qəzzafiyə sadiq bir nəfər də qalmayıb.
Bunkerdə raketlər, pulemyotlar və digər silah-sursat aşkarlanıb. Yüzlərlə qiyamçı oraya axışaraq silahlanmağa başlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır