27 iyul 2011 - 19:30

Təzə tanışların münasibəti cəmi 5 ay davam etdi...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Xətai rayonu ərazisində tanışlar borc üstündə bıçaq davasına qalxdı. Rayon Polis İdarəsindən verilən məlumata görə, Zeytun küçəsi ev 91-in qarşısında Şirvan şəhər sakini Bəhruz Niftəliyev tanışı Oktay Tanrıverdiyevi bıçaqlayıb. Üz və boyun nahiyələrindən bıçaq xəsarəti alan O.Haqverdiyev xəstəxanaya yerləşdirilib.

B.Niftəliyev polis tərəfindən saxlanılıb. O, bıçağa əl atmasını borc üstündə düşən mübahisə ilə əlaqələndirib. Bildirib ki, Oqtayla cəmi 5 ay əvvəl tanış olub. Elə o vaxtdan Oqtaya verdiyi 50 manat borcu geri ala bilmir. Bunun üstündə mübahisə düşüb. Cibindəki bıçaqla ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır