23 iyul 2011 - 19:30

Fransa Prezidenti: “Dağlıq Qarabağ nizamlaması prinsiplərini təsdiq etməyin vaxtı çatıb”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fransa Prezidenti Nikola Sarkozinin Ermənistan Prezidenti Serj Sarkisyana müraciətində deyib: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sonrakı danışıqlar üçün əsas ola biləcək prinsipləri təsdiqləməyin vaxtı çatıb.

Məlumata görə, xəbəri “Mediamaks” agentliyi Ermənistan Prezidentinin mətbuat xidmətinə istinadən yayıb.

Sarkozi qeyd edib ki, onunla birgə prezidentlər Obama və Medvedevin mayın sonlarında Dovildə verdikləri bəyənatın davamı kimi əminliyini bildirmək istəyir ki, tarixdə ölkə prezidentlərinin öz xalqlarına müdriklik, cəsarət və sülh yolu göstərməli olduqları anlar olur. Sarkozi əmindir ki, bu vaxt çatıb.

Bu gün Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli görüşü keçiriləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır