22 iyul 2011 - 19:30

Düşmən cavab atəşi ilə susdurulub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan ordusunun bölmələri atəşkəs rejimini pozub. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, İşğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 19.40-dan 19.45-dək Ermənistan İşğalçı Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək İşğalçı Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındı yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 23-də saat 05.20-dən 05.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan müsəlman Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır