20 iyul 2011 - 19:30

Bütün işlərində Allaha təvəkkül edənləri Allah çox sevir. Təvvəkül etmək yəni şəxs vəzifəsin yerinə yetirərək işi həlli ardıyca gedir, lakin işin nəticəsini isə Allah təalanın öhtəsinə qoyur. Və hər halda nə baş verəcəksə, onu da Allah tərəfindən ona verilən rəhmət kimi qəbul edir. Allah təala Qurani Kərimdə buyurur: “Hər kim Allaha təvəkkül edərsə Allah ona bütün işlərində kifayət edər (yardımçı olar)”. “Təlaq sürəsi. Ayə 3”

ARAŞDIRMA:

Gündəlik sosial qayğıların daha çox olduğu şəhərlərdə stressə düçar olmayan şəxsi tapmaq, demək olar ki, mümkün deyil.

Stressin təsirlərindən qorunmaq üçün qidalanma rejimini necə qurmaq lazımdır? Nələri yemək olar; hansı qidalar stressi daha da alovlandırır?

 Bir cox şey nə yediyimizdən asılıdır

Stresslə mübarizə etmək üçün birinci növbədə nə yediyimizə ciddi fikir vermək lazımdır. Yaddan çıxartmaq olmaz ki, balanslı bəslənmə xəstəliklərlə mübarizədə ən önəmli rol oynayır.

Stress, daha çox problemi həll etmək üçün özümüzü çarəsiz hiss etdiyimiz zamanlarda zərərli olur. Mütəxəssislər məsləhət görür ki, problemləri həlli mümkün olmayacaq şəkilə gətirib çıxartmaq lazım deyil. Çətinlikləri kiçik parçalara ayırıb bir-bir həll etmək lazımdır. Məsələn, ilk növbədə özümüzdə problemləri həll edəcək gücü toplamalıyıq. Təbii ki, necə qidalanmağımız da bizim sağlam yaşamağımıza və sağlam düşünməyimizə təsir edir.

Stress hər bir fərdə müxtəlif cür təsir edə bilər. Çox adam əsəbini çox yeməklə sakitləşdirir. Terapevt T.Abbaslı qeyd edir ki, belə hallarda insanlar iradəli olmalı, sağlamlıqlarını düşünməli, gündəlik qida rejimini nizamlı şəkildə fasilələrə ayırmalı, az-az və tez-tez yeməlidirlər. Bununla orqanizm artıq yükdən daha asan xilas ola bilər.

Stressin təsirilə orqanizmdə fərqində olmadığımız reaksiyalar baş verir. Göz bəbəkləri genişlənir, kortizol, adrenalin, xolesterol və tiroid hormonu artır, cinsi hormonlar azalır, həzm sistemi zəifləyir, qan şəkəri yüksəlir, qanda laxtalanma güclənir və tərləmə artır. Təbii ki, bütün bunlar orqanizmin bütün fəaliyyətinə sistemli şəkildə təsir edir.

Stresslə mübarizə edən vitaminlər hansılardır?

Vitamin və minerallar insanın həyatda qalması, yaşamını sağlam şəkildə davam etdirməsi üçün hava kimi vacibdir. Vitaminlər vücudumuzu müxtəlif təsirlərdən qoruyur. Terapevt Təfəkkür Abbaslının sözlərinə görə, orqanizmdə hər şey qaydasındadırsa, heç bir xəstəlik onu zədələyə bilməz. Stresslə də mübarizə etmək üçün bəzi qidaların və vitaminlərin normada qəbul edilməsi mütləqdir.

Araşdırmalara görə, C, A, E vitamini, pantotenik turşu, B6 vitamini kimi müxtəlif B vitaminləri qrupu, sink, maqnezium, kalium kimi minerallar və omeqa-3 yağ turşuları stressə qarşı çox təsirlidir.

Stress zamanı orqanizmdə adrenalinin faizi artır. Bununla əlaqə