Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qısqanc oğlan həmkəndlisini bıçaqla öldürdü, sonra da daşla başını əzdi
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 15-də saat 24 radələrində 29 yaşlı Xəlilli kənd sakini Şənlik Şükürov yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi və qohumu İxtiyar Şükürovu öldürüb.
O, özündə olan bıçaqla İ.Şükürovun bədəninin müxtəlif nahiyələrinə, həmçinin mişar daşı ilə başına çoxsaylı zərbələr vurub. Ş.Şükürov Cəlilabad rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verib və cinayətin aləti olan bıçağı təqdim edib.
Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Ş.Şükürov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır