Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ingiltərənin keçmiş baş naziri Toni Bleyer dünyada gedən prosesləri daha yaxşı başa düşmək üçün hər gün Qurani-Kərimi oxuyur. Bleyer bunu “A Journey” (Səyasət) adlı kitabında qeyd edib. Bu barədə “Observer” qəzeti məlumat yayıb.
Bleyer qloballaşan dünyada “dini inanc” mövzusunda daha ətraflı məlumata sahib olmağın vacibliyini vurğulayaraq qeyd edib ki, bunun üçün hər gün davamlı olaraq Quran və Incil oxumaq lazımdır. Bleyer yazır ki, dünyanı daha yaxşı dərk etmək üçün ilahi kitabları oxumaq son dərəcə mühümdür.
“Quran islahatçı kitabdır. Mənim diqqətimi cəlb eləyən isə Quranda elmə və biliyə verilən yüksək qiymət, mövhumatın və xürafatın birmənalı pislənməsidir. Quran evliliyə, qadınlara və idarəçiliyə münasibətdə yarandığı dövrdən çox-çox irəlidə olan bir kitabdır”, - deyə Toni Bleyer vurğulayıb.
Yeri gəlmişkən, hələ 2008-ci ildə Toni Bleyer demişdi ki, Qurani-Kərimi üç dəfə oxuyub. Qeyd etmişdi ki, Məhəmməd Peyğəmbər təkcə dini amil deyil, həm də çox böyük sivil gücü olan bir qüvvədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır