13 iyul 2011 - 19:30

Nümayişçilərin əllərində “NATO-ya heç vaxt”, “Qatil cinayət yerinə qayıdır”, “Övladlarımıza görə sizi bağışlamayacağıq” kimi şüarlar olub. Aksiyanın sonunda NATO-nun bayrağı yandırılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Serbiya müxalifətinin yüzlərlə üzvü paytaxt Belqradda etiraz aksiyası keçirib. Bu gün başlayacaq NATO konfransına etiraz edən müxalifətçilər Alyansın bayrağını yandırıblar

BBC-nin verdiyi məlumata görə, nümayişçilərin əllərində “NATO-ya heç vaxt”, “Qatil cinayət yerinə qayıdır”, “Övladlarımıza görə sizi bağışlamayacağıq” kimi şüarlar olub. Aksiyanın sonunda NATO-nun bayrağı yandırılıb.

NATO-nun hərbi-strateji məsələlər üzrə konfransında baş qərargah rəisləri, Şimali Atlantika alyansının, eləcə də “Sülh naminə tərəfdaşlıq” proqramına, Aralıq dənizi dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Serbiya keçmiş Yuqoslaviyanın NATO-ya üzvlük üçün müraciət etməmiş yeganə respublikasıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır