12 iyul 2011 - 19:30

Naməlum şəxs kərki ilə onun başını əzib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəbələ rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qəbələ sakini 42 yaşlı Fəxriyyə Zəkəriyeva yaşadığı evdə qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Məlum olub ki, qadın kərki ilə (bostan sahəsini alaq otlarından təmizləmək üçün belə oxşar əkin aləti - red.) öldürülüb. Naməlum şəxs kərki ilə iki zərbə vuraraq onun başını əzib.

Qətlin kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır