Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ağdam rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Zəngişallı kənd sakini 21 yaşlı İsmayıl İsmayılov özünü asıb.
Mərhumun meyiti valideynləri tərəfindən yaşadığı evdə iplə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
İ.İsmayılov subay idi və heç bir fəaliyyətlə məşğul olmurdu.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır