Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib.
Daxili İşlər Nazirlyinin yaydığı məlumata görə, iyunun 9-da saat 00:10 radələrində Bakı sakini Həmid Novruzov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. Nəticədə H.Novruzov, sərnişinləri Ruslan Qəniyev və Şamil Səlimov xəstəxanaya yerləşdirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır