Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: «The New Times»a müsahibəsində M. Saakaşvili hətta yaxın ətrafı ilə də bu məsələni müzakirə etmədiyini söyləyib.
«Əvvəla, bizdə ilk olaraq parlament seçkisi keçiriləcək. Digər yandan, bizdə partiyadaxili demokratiya hökm sürür. Bizim bir çox real siyasi liderimiz var»
2012-ci ildə keçiriləcək parlament seçkisində sonradan baş nazir postunu tutmaq üçün deputatlığa namizəd olub-olmayacağına dair sualı Saakaşvili belə cavablandırıb: «Bu məsələ müzakirə olunmur. Bir şeyi dəqiq deyə bilərəm ki, heç yerə buxarlanmayacağam».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır