5 iyun 2011 - 19:30

SANKT-PETERBURQDA AZƏRBAYCANLILARLA ERMƏNİLƏR ARASINDA DAVA: İKİ AZƏRBAYCANLI YARALANIB

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyunun 4-dən 5-nə keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərinin Kupçino rayonundakı kafelərdən birində azərbaycanlılarla ermənilər arasında dava düşüb.

Ermənistanın “Armtoday” agentliyi xəbər verir ki, davada iki Azərbaycan vətəndaşı döş və qarın nahiyəsindən bıçaq yarası alıb. Onlar xəstəxanaya çatdırılıb.

Yaralı azərbaycanlılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır