4 iyun 2011 - 19:30

Haçan və dəqiq nə zaman işğalçı ordunun Əfqanıstan ölkəsindən çıxardılacağını bildirməyən İşğalçı ABŞ-ın müdafiə naziri Robert Geyts Əfqanıstanda xarici qüvvələrin daimi qalmayacağını deyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Amerikanın səsi" bildirir ki, Geyts “Asiyada Təhlükəsizlik” mövzusunda beşinci və sonuncu konfransda iştirak etmək üçün Asiyada səfərdədir.

Bu gün başa çatacaq konfransa 27 ölkənin nümayəndə heyətləri toplaşıb. İşğalçı ABŞ-ın müdafiə naziri Yaponiyanın müdafiə və Malayziyanın baş nazirləri ilə görüşüb.   Geyts Sinqapurun müdafiə naziri ilə münasibətlərdəki inkişafları müzakirə edib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Həmid Karzayla Kabulda keçirdiyi birgə mətbuat konfransında nazir işğalçı NATO-nun dəqiq nəzaman Əfqanıstandan çıxardılacağına heç bir işarə etmədən bildirib ki, ABŞ-ın hərbi öhdəlikləri vaxt və resurs baxımından sonsuz deyil. Və xarici qüvvələr burada daimi qalmayacaqdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır