Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Abşeron rayonunda yaşlı kişi faciəvi şəkildə həyatını itirdi. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində Sumqayıt şəhər sakini Elnur İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 80 yaşlı qəsəbə sakini Həbib Quliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən H.Quliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır