Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Göyçay rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, 37 yaşlı şəhər sakini Tofiq Quliyev özünü asıb. Mərhumun meyiti dünən saat 20:30-da yaşadığı evin həyətində dəmir borudan asılmış vəziyyətdə tapılıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır