Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı NATO aviasiyasının Liviyada Müəmmar Qəzzafi rejiminə qarşı apardığı əməliyyatlar nəticəsində 700-dən artıq dinc sakin həlak olub.
«France-Presse» agentliyinin verdiyi məlumata görə, bunu Liviyanın Səhiyyə Nazirliyi iddia edir. Nazirliyin mətbuat katibi Musa İbrahim bildirib ki, martın 19-dan aparılan əməliyyatlarda 4067 dinc sakin yaralanıb. Onlardan 433-ünün vəziyyəti ağırdır.
Qeyd edək ki, İşğalçı NATO aviasiyası Tripoliyə bu gecə də zərbələr endirib. Şəhərin müxtəlif ərazilərindən ard-arda partlayış səsl