30 may 2011 - 19:30

İran mediasının verdiyi xəbərə görə, bu həbslə bağlı İranın Kəşfiyyat Naziri açıqlama verib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirdə İranlı diplomatın casusluq ittihamı ilə həbs edilməsi dünya mediasında geniş yayılsa da, onun azad edilməsi və üzr istəməsilə bağlı xəbərlər çox nadir hallarda qeyd edilmişdir.

İran mediasının verdiyi xəbərə görə, bu həbslə bağlı İranın Kəşfiyyat Naziri açıqlama verib.

Heydər Moslehi bu haqda deyib: "Onlar bir misirlinin izində olarkən səhvən bir iranlı diplomatı həbs ediblər. Lakin onun kimliyinini gördükdən sonra iki saat keçməmiş azad ediblər".

Qeyd edək ki, bu xəbər "Əl Ərəbiyyə"nin vasitəsilə yayılıb ki, iranlı deputatlardan biri bu addımın bəzi qüvvələr tərəfindən edildiyini və bunların əsas hədəfinin İran-Misir əlaqələrinin yaxşılaşmasına zərbə endirmək olduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır