30 may 2011 - 19:30

Gənc oğlan tövlədə intihar edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün saat 04:30 radələrində Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsi 28 ünvanında, həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Cəniyev Xaliq Əkrəm oğlu intihar edib.

21 yaşlı oğlan gecə saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Hadisənin səbəbləri barədə ətraflı məlumat verilmir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır