Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nizami rayonu ərazisində qadın öz oynaşının qanını axıtdı. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Mətanət Fərəcova münaqişə zəminində qeyri-rəsmi yaşadığı Rauf Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Nizami rayon Polis İdarəsinin əməkdaşları M.Fərəcovanı tutaraq istintaqa təhvil verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır