Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində azərbaycanlı qətlə yetirilib. ANS PRESS-in “İnterfax”a istinadən verdiyi xəbərə görə, “Moskva” ticarət kompleksinin yaxınlğında iki qafqazlı qrupu arasında münaqişə başlayıb. Tərəflərin arasında böyüyən dava bir nəfər azərbaycanlının bıçaq yarası alması ilə nəticələnib. Yaralanan azərbaycanlı yoldaşları tərəfindən 68 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatı xilas etmək mümkün olmayıb, yaralı şəxs xəstəxanada keçinib.
Hazırda baş verən hadisənin təfərrüatları araşdırılır, azərbaycanlını yaralayanın şəxsiyyəti müəyyənləşdirilir. Həmçinin yaralını xəstəxanaya çatdıran “İnfinity” avtomobili də axtarışa verilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır