Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qum coğrafi baxımdan səhralıq zonada yerləşir. Torpağı və suyu şorludur. Hətta bu şəhərdə axan “Qum Çayının” suyuda şordur.
Qum tarixdə ilk dəfə olaraq bu şəhərə şirin su çəkildi. “Şirin Su Transfer Layihəsi” İranın Dez dağlarından sərçeşmə tapan şirin suların, müqəddəs Qum rayonuna ötürülməsi ilə həyata keçmişdir. Layihə ən ağır şəraitdə həyata keçirilmişdir. İranın ən əzəmətli layihələrindən sayılan “Şirin Su Transfer Layihəsi” məhz İran İslam Respublikasının daxili mütəxəssislərinin köməkliyi sayəsində, 280 km məsafədən dağları yara-yara, müxtəlif tünəllər qazmaqla Qum rayonuna gətirilmişdir. Bu layihənin başa çatmasında 1 milyard 300 min tümən (1,000,000 ABŞ-$ ddan çox) büdcə sərf edilmişdir.
“Şirin Su Transfer Layihəsi” nin açılış mərasimi cümə axşamı İran İslam Respublikasının prezidenti Doktor Məhmud Əhmədi Nejadın hüzuru ilə həyata keçmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır










