Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda saxlanılan şəxs polis əməkdaşını bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, mayın 27-də saat 11 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus “VAZ-21011” markalı avtomaşın evinin qarşısından qaçırılıb.
Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq RPŞ-nə gətirilib. RPŞ-nin həyətində olarkən R.Yaqubov qəflətən cib bıçağı ilə Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimovə yüngül xəsarət yetirib. H.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır