Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Belçikada qadınların ictimai yerlərdə hicab geyməsi rəsmən qadağan olunub.
Rusiya mətbuatının verdiyi məlumata görə, parlamentin bu haqda bir müddət əvvəl qəbul etdiyi qanuna dünən Senat etirazını bildirməyib və bununla da qanun rəsmən qüvvəyə minib.
İctimai yerlərdə üzü qismən və ya tamamilə bağlı olan qadınları 15-20 avro cərimə gözləyir. Qanuna parlamentdə «yaşıllar» istisna olmaqla, bütün partiyalar səs verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır