Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 6-may Hicaba azadlıq aksiyası ilə əlaqədar mayın 26 Masallıda dindar Xalid Nofəl oğlu saat 19:30 radələrində Masallı rayon polis şöbəsinə aparılmışdır.
Rayon polis şöbəsinən verilən məlumata görə Bakı şəhər baş polis idarəsindən onlara məktub gəlmiş, məktubda 6-may hicaba azadlıq aksiyasında iştirak edən 3-4 nəfər Masallı dindarlarının adları yazılmışdır. Dindarların adları bizə açıqlanmasada onlardan birinin Xalid Nofəl oğlunun olduğu bildirilmişdir.
17:00 radələrində Masallı polis bölməsinə aparılmış dindar Seymur İsmayılov polis idarəsindən azad edildi. Seymur İsmayılovun bildirdiyinə görə polis idarəsində ondan hansı partiya və ya təşkilatın üzvü olduğu soruşulmuş və mayın 27-də Bakı şəhər baş polis idarəsində olmağı tələb etmişlər. Əks təqdirdə Seymur İsmayılovu həbs edib qolları qandallı Bakıya yollayacaqlarını bildirmişlər.
19:00-da Masallı polis bölməsinə aparılmış dindar Namiq Kişiyev də polis idarəsindən azad edildi.
Namiq Kişiyev:Polis idarəsində məndən soruşdular ki, hicaba azadlıq aksiyası olsa yenə də iştirak edəcəksən? Məndə hicab məsələsi öz həllıni tapmayınca mən bütün aksiyalarda iştirak edəcəm cavabını verdim. Məndən başqa lazımsız suallar da soruşdular, məndə cavablandırdım. Mayın 27-də Bakı şəhər baş polis idarəsində olmağı məndən tələb etdilər. Əks halda məni Bakıya məcburi yollayacaqlarını bildirdilər.
22:00.......Masallı polis bölməsinə aparılmış dindar Xalid Nofəl oğlu da artıq azadlıqdadır. İlk 2 nəfərdən soruşulan suallar ondan da soruşulmuşdur. Xalid Nofəl oğlu da etdiyi əməldən peşman olmadığını bildirmiş, yenə də hicaba azadlıq aksiyası olarsa iştirak edəcəyini bildirmişdir. Ondan da mayın 27-də Bakı şəhər baş polis idarəsində olmağı tələb etmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır