24 may 2011 - 19:30

2 polis əməkdaşı öldürüldü yüzlərlə insan müxtəlif bədən xəsarəti aldı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Xüsusi təyinatlı dəstə və polis alayı Gürcüstan müxalifətinin paytaxt Tbilisidə keçirdiyi oturaq mitinqi mayın 25-i axşam saatlarında dağıdıb. Mintinqin dağıdılmasında polis və xüsusi təyinatlı dəstə göz yaşartıcı qazdan, rezin güllələrdən, napor sulardan, rezin dəyənəklərdən və fiziki güc endirmələrdən istifadə etmişlər. Xeyli sayda yaralılar və xəsarət alanlar vardır.

 Mayın 21-dən Xalq Məclisi alyansının çağırışı ilə davamlı mitinqlər keçirən müxaliflər dünəndən Rustaveli prospektini tutaraq mayın 26-na - Müstəqillik Gününə nəzərdə tutulan hərbi parada mane olmaq istəyirdilər.

Rusiyanın “İnterfaks” agentliyinin yaydığı məlumata görə, mitinq dağıdılarkən iki polis əməkdaşı həlak olub. Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şotu Utiaşvili deyib ki, polis əməkdaşını müxalifət liderlərini olay yerindən uzaqlaşdırmağa tələsən maşın vurub. Onun sözlərinə görə, 19 mitinq iştirakçısı xəsarət alıb.

Gürcüstan mediası polis əməkdaşını vuran avtomobili müxalifət lideri Nino Burcanadzenin əri Badri Biçadzenin idarə etdiyini xəbər verib. Nino Burcanadze bu iddiaları təkzib edərək ərinin harada olduğunu bilmədiyini deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır