24 may 2011 - 19:30

Vəkil İntiqam Hacıyev: “Taleh Bağırovun səhhəti yaxşıdır, heç bir çətinliyi yoxdur”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Hicaba azadlıq” aksiyasında həbs edilmiş ilahiyyatçı Taleh Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır. “Azadxeber.az” saytına danışan vəkil İntiqam Hacıyev mayın 25-də istintaq təcridxanasında ilahiyyatçı ilə görüşdüyünü deyib: “Taleh Bağırovun səhhəti yaxşıdır, heç bir çətinliyi yoxdur”.

Mayın 6-da tutularaq 15 sutka inzibati həbs cəzası alan Taleh Bağırov barəsində 2 aylıq həbs qətimkan tədbirini mayın 21-də Xətai Rayon Məhkəməsi seçib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) şərrlənilir.

“Hicab aksiyası” mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Bu aksiyaya görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə şərrlənilərək iş açılıb. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 10 nəfərdən çox şəxsə cinayət işi qaldırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır