23 may 2011 - 19:30

Saakaşvili Ukrayna telekanalına müsahibəsində üçüncü müddətə seçilməyin konstitusiyaya görə mümkün olmadığını vurğulayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstan prezidenti Mixail Saakaşvili üçüncü müddətə prezident seçilmək niyyətində deyil. 

Saakaşvili Ukrayna telekanalına müsahibəsində üçüncü müddətə seçilməyin konstitusiyaya görə mümkün olmadığını vurğulayıb.

“Putin kimi baş nazir olmaq fikrində olub-olmadığı” haqda suala isə  Saakaşvili belə cavab verib: “Mən bir çox səbəbdən Putin kimi ola bilmərəm, bizim ölkəmiz və vəziyyətimiz başqa cürdür”.

 Saakaşvili ətrafında prezident seçkisi məsələsinin müzakirə olunmadığını vurğulayıb: “Dəqiq bilirik - bizim üçün üç-dörd ildən sonra yox, altı aydan, bir ildən, iki ildən sonra nə baş verəcəyi vacibdir”.

Gürcüstan Konstitusiyasına görə, eyni vətəndaş prezident postunu yalnız iki müddətə tuta bilər. Saakaşvili iki dəfə - 2004 və 2008-ci illərdə prezident seçilib. Onun 5 illik səlahiyyət müddəti 2013-cü ilin yanvarında başa çatır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır