Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təhsil Məsələləri üzrə İslam Təşkilatı- İSESKO ötən gündən etibarən İtaliyanın Roma şəhərində İslam həftəsinə start verib.
"Rasanews"-un xəbərinə görə, İslam həftəsinin keçirilməsində məqsəd İslam mədəniyyəti və sivilizasiyasını tanıtdırmaq, digər din ardıcılları ilə dialoqları daha da genişləndirməkdir.
Həftə ərzində Roma şəhərinin bir çox mədəniyyət və din mərkzələrində müxtəlif proqramlar icra ediləcək, konfranslar keçiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır