Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin “Təhrir” meydanında dinc əhaliyə qarşı atəş açan polis nəfərlərindən biri edama məhkum edilib.
Qərar təsdiqlənmək üçün ölkə müftisinə göndərilib. Məhkəmə Məhəmməd Sunnini 18 nəfəri öldürməkdə, üçünü isə yaralamaqda təqsirli hesab edib. Müftiliyə göndərilən sənədlərin iyun ayında təsdiqlənəcəyi gözlənilir. Məhkəmədə təxminən 75 nəfər şahid dinlənilib.Məhkəmə cinayətkarın qaçmaması üçün dərhal həbs edilməsini əmr edib. Əzhər şeyxi Əhməd Tayyib isə H.Mübarəyə qarşı ədalətli rəftar edilməsi haqda heç bir söz demədiyini, əksinə, rəhmətin ancaq ədalətlin bərpa edilməsindən sonra ortaya çıxacağını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır