Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Sinhua" bildirir ki, "Taliban" hərəkatının lideri Molla Ömərin Pakistanda keçirilmiş xüsusi əməliyyat nəticəsində məhv olunması xəbəri artıq təsdiqlənməyə başlayır. Pakistanın dövlət təhlükəsizlik strukturlarındakı mənbə Molla Ömərin öldürüldüyünü bildirib.
Əfqanıstandakı özəl TOLO telekanalının yaydığı xəbərdə bildirilirdi ki, Molla Ömər Pakistanın Şimali Vəziristan vilayətində, Kvetta şəhərinə gedərkən öldürülüb.
"Taliban" hərəkatının nümayəndələri isə "Kyodo"ya verdikləri açıqlamada Molla Ömərin öldürülməsi xəbərinin yalan olduğunu bildiriblər.
Molla Ömər kimi tanınan Səid Məhəmməd Axundzadə 1962-ci ildə Əfqanıstanın Uruzqan vilayətindəki Qəndəhar şəhərinin yaxınlığında, Singesar kəndində doğulub. Milliyyətcə pəştun olan Səid Axundzadə "Taliban" ("Tələbələr") hərəkatının banisi, 1996-2001-ci illərdə Əfqanıstanın Ali Şurasına rəhbərlik etmiş şəxsdir. ABŞ onu "Əl Qaida"nın məhv edilmiş lideri Üsama bin Ladindən sonra ən təhlükəli terrorçu hesab edir.
Dörd dəfə ağır yaralanıb, gözlərinin birini itirib. Onun sol gözünün Pakistanın Pişəvər şəhərindəki hospitalda cərrahiyyə əməliyyatı nəticəsində çıxarıldığı bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır