Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəməndə uzun müddətdir davam edən antihökumət nümayişləri nəticə verməkdədir.
vesti.ru saytının verdiyi məlumata görə, Yəmən prezidenti Əli Abdullah Saleh ölkədə növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib. O, 4 aydır davam edən daxili siyasi böhrana bu yolla son qoyulacağına ümid edir.
«Biz qan tökülməsini dayandırmaq üçün hər kəsi növbədənkənar seçkiyə hazırlaşmağa çağırırıq», - deyə Saleh qeyd edib. Müxalifətin bu güzəştlə kifayətlənib-kifayətlənməyəcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, 33 ildir hakimiyyətdə olan Salehin istefası tələbilə keçirilən nümayişlər indiyədək 200-dək insanın ölümünə səbəb olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır