18 may 2011 - 19:30

Amerikanın Milli Onkologiya İnstitutunun mütəxəssisləri kofenin prostat xərçəngini önlədiyini müəyyənləşdirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu günkü dünyamızın kişi tayfası arasında hələdə problem yaradan xəstəliklərdən biridə Prostat xərçənginin əmələ gəlməsidir. Müxtəlif ölkə alimləri bu bəladan bəşər övladının yaxa qurta bilməsi yönümündə əllərindən gələni etmiş və edirlər. Bu səylərdən biridə BBC-nin məlumatına görə, həkimlərin 48 min insan arasında aparılmış araşdırmaları olub. Araşdırma göstərib ki, gündə 6 fincan kofe içən kişilərdə prostat xərçənginin yaranma riski 20% azalır. Lakin bu araşdırmalarla yanaşı insanın həyatında bəzi amillərin düzgün yürinə yütirilməsi ən böyük rol oynayır ki, müasir dünya bunu nədənsə göz ardına vurmağa səy göstərir. İslam şəriəti hələ bu xəstəlyin qarşısını necə alınması barədə qabaqcadan bizə göstəriş vermişdir. kişilərin ədəbxana qaydalarına düzgün əməl etmələri (yəni İstibranı düzgün yerinə yetirməydə) və hər dəfə cinsi yaxınlıqdan sonra sperma kanalını yüngül ayaqyoluna getmələri ilə təmizləmələri, ümumiyyətlə şəriət qaydası ilə qadınlarla yaxınlıq etməsi bu xəstəliyin dərmanıdır  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır