Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 18-də paytaxt Kişinyovda hökumət binasının qarşısında üç min adam əllərində “Moldova pravoslav ölkəsidir” yazılmış plakatlarla mitinq keçiriblər. Buna bənzər mitinqlər Moldovanın digər şəhərlərində də keçirilib.
Mayın 11-də Moldova pravoslav kilsəsinin yepiskopu Faşizm Üzərində Qələbə Gününə həsr olunmuş mərasimdə ölkədə İslam Liqasına rəsmi status verilməsinin əleyhinə çıxış edərək tədbir iştirakçılarını ölkənin müsəlmanlaşdırılmasının əleyhinə etiraz aksiyası keçirməyə çağırmışdı.
Bugünkü mitinqə hökumət nümayəndələri də qoşulub. Aksiyaçılar əsasən İslam Liqasının qeydiyyatına yenidən baxılmasını tələb ediblər.
Bu ilin yazında rəsmi status alan İslam Liqası Moldovada ilk müsəlman təşkilatıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır