Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bunu “Salamnews” saytına Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhima Dadaşova deyib.
R.Dadaşovanın sözlərinə görə, iclas iştirakçıları həmin gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Hesabat iclasında Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələrin, Qafqazın bütün müftilərinin iştirakı gözlənir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır